
Məleykə Abbaszadə: “Ukrayna universitetləri tələbələrimizin ovuna çıxıb”
Lent.az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransındakı çıxışında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, valideynlər belə məsələlərdə ehtiyatlı olmalı, tədbirli davranmalıdırlar: “O gün mənim telefonuma bir mesaj gəlib. Mesajda yazılıb ki, Türkiyə universitetində rahat ali təhsil almaq mümkündür. Bakıda hazırlıq kursunu keçin və universitetə qəbul olun. Hər kəs bilir ki, Türkiyə ali təhsil ocaqlarına qəbul olmaq nə qədər çətindir. Belə olan halda, necə ola bilər ki, Bakıdan Türkiyə universitetinə qəbul bu qədər asan olur?”
M. Abbaszadə onu da deyib ki, onlar bu məsələlərin araşdırılması ilə məşğul olmurlar, bunun üçün müvafiq qurumlar var: “Biz, sadəcə, dövlət tərəfindən tanınan xarici universitetlərin diplomlarını qəbul edirik və xarici ali təhsil müəssisələrinə qəbulu aparırıq”.
Anar GƏRAYLI
M. Abbaszadə onu da deyib ki, onlar bu məsələlərin araşdırılması ilə məşğul olmurlar, bunun üçün müvafiq qurumlar var: “Biz, sadəcə, dövlət tərəfindən tanınan xarici universitetlərin diplomlarını qəbul edirik və xarici ali təhsil müəssisələrinə qəbulu aparırıq”.
Anar GƏRAYLI
Oxşar yazılar

Yalnız bu BÜRCLƏR şanslı bilet alacaq: Seçilmişlər kimlərdir?
13 may 2025 , 18:41Bu rayonlara leysan yağır - FAKTİKİ HAVA
13 may 2025 , 18:36
Nərgiz gülü qonşular arasına ədavət saldı - Bələdiyyə müdaxilə etdi
13 may 2025 , 18:27
Şirvanda istifadəsiz qalan zavodları hissə-hissə söküb OĞURLAYIRLAR - VİDEO
13 may 2025 , 18:04
Azərbaycanın bu rayonlarında qaz kəsiləcək
13 may 2025 , 17:53
Sabah Bakının bu qəsəbələrində qaz olmayacaq
13 may 2025 , 17:37
Yaşlı insanların pişik saxlaması TƏHLÜKƏLİDİR - SƏBƏB
13 may 2025 , 17:17