22 iyul - Milli Mətbuat Günüdür
134 il əvvəl, 1875-ci il iyulun 22-də mətbuatımızın banisi Həsən bəy Zərdabinin çox çətinliklə nəşrinə icazə aldığı "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb.
Həsən bəy Zərdabi bu qəzeti "millətin aynası"na çevirməyi qarşısına məqsəd qoyub və buna nail olub. "Əkinçi"də o dövrün maarifçi ziyalıları - Mirzə Fətəli Axundov, Nəcəf Bəy Vəzirov və digərləri çıxış ediblər.
"Əkinçi" nin maarifpərvər yolunu "Molla Nəsrəddin" jurnalı, “Açıq söz” qəzeti və digər mətbu orqanlarımız davam etdirib.
Hazırda Azərbaycanda 2500-ə yaxın jurnalist var. 3500-ə yaxın kütləvi informasiya vasitəsi qeydiyyatdan keçsə də, bunlardan yalnız 650-si fəaliyyət göstərir. Onlardan 400-ə qədəri qəzet, 50-yə yaxını isə elektron kütləvi informasiya vasitəsidir.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi əksini tapıb.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.
Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla isə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaqdır.
Ramiz

Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03