6 ayda 246 nəfər HİV-ə yoluxub
13 iyul 2009 13:30 (UTC +04:00)

6 ayda 246 nəfər HİV-ə yoluxub

Virus aşkarlanan azyaşlıların da sayında artım müşahidə olunur

“Bu il fevralın əvvəlində 771 nəfər İİV/QİÇS daşıyıcısı var idisə, hazırda rəsmi məlumatlara əsasən, 2017 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatdadır. Çox acınacaqlı haldır ki, virus aşkarlanan azyaşlıların da sayında artım müşahidə olunur”.


Lent.az-ın məlumatına görə, bunu Y-PEER Azərbaycanda BMT-nin Təcrübəçiləri Assosiasiyası (ABMTTA) və “Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin keçirdiyi “Teatr əsasında İİV/QİÇS və Reproduktiv Sağlamlıq” sahəsində 5 günlük təlimin yekunları ilə bağlı tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Səbinə Babazadə söyləyib. Beləliklə, son altı ayda HİV-ə yoluxanların sayı 246 nəfər artıb.


Tədbirdə çıxış edən BMT-nin Əhali Fondunun (UNFPA) “Cənubi Qafqazda Gənclər üçün Reproduktiv Sağlamlıq Təşəbbüsü” layihəsinin rəhbəri Teymur Seyidov bildirib ki, Bakı və regionlarda 12 gənclərə dostluq mərkəzlərinin açılması yalnız başlanğıcdır: “2008-ci ilin oktyabr ayında biz hazırda təlim keçdiyiniz mərkəzi açdıq. Lakin onun necə fəaliyyət etməsi siz, gənclərdən, asılıdır. Gənclərlə birgə işləyərək, biz istəyirik görmək, hansı istiqamətdə gedək”.

O, www.4uth.az saytından da söz açıb. Teymur Seyidovun dediyinə görə, bu sayt vasitəsilə gənclər reproduktiv sağlamlıq haqqında hər bir məlumat, müxtəlif müzakirələr və hətta anonim konsultasiya ala bilərlər və ayda bu sayta 35000-dən – 50000-dək gənc müraciət edir.

Mə lumat üçsün deyək ki ,Y-PEER həmyaşıddan həmyaşıda yönəlmiş innovativ bir təşəbbüsdür. Bu təşəbbüs dünyada İİV/QİÇS-in sürətlə yayılmasının qarşısının alınması üçün 2002-ci ildən etibarən BMT–nin Əhali Fondunun dəstəyi ilə həyata keçirilir.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 935

Oxşar yazılar

SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50
İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul  veriləcək

İkinci Dünya müharibəsi veteranlarına bu qədər pul veriləcək

21 aprel 2025 , 16:45
Sabah  intensiv yağış yağacaq   - PROQNOZ

Sabah intensiv yağış yağacaq - PROQNOZ

21 aprel 2025 , 13:04