Sürücü Füzuli Muradov: “...Bu xalxın hamısı “detdom” uşağıdı?!” - MÜSAHİBƏ - FOTO
Layihə: “Onun Azərbaycanı”
Deyirəm, çoxdandı ögey uşaq kimi yaddan çıxıb, bir qıraqda boynunu buran layihələrin başına babat bir sığal çəkək. Yayda müəllifin avaralığına, tənbəlliyinə, istidən təntimə kimi məsuliyyətsiz-məsuliyyətsiz bəhanələrinə tuş gələn rubrikaları barı qışda dirçəldək. Ən azından biləklərimiz qızışar.
Adı “Onun Azərbaycanı”, məqsədi bu ölkənin sadə, amma tam hüquqlu vətəndaşlarına ölkədə baş verən bütün məsələlərə münasibət bildirmək şansı tanıtmaq olan rubrikamızın qonağı bu dəfə təsadüfi şəxsdir. Təsadüf yeri avtobus, təsadüfən maraqlı həmsöhbət çıxmış şəxs isə avtobusun ziyalı və hətta bir az bərk dirənsə, intellektual sürücüsü Füzuli Muradovdur. Füzuli müəllimin 52 yaşı, bir oğlu, bir arvadı var. Ali təhsillidir – Azərbaycan Texniki Universitetinin “Metallurgiya” fakültəsini bitirib. Amma bir neçə il Qarabağ müharibəsində iştirak edəndən sonra öz peşəsinə qayıda bilməyərək, sürücülüyə başlayıb. Avtobusuna minən hər kəsə ayıq başlı olmaq və vətənpərvərlik dərsləri keçməyi özünə borc bilir.
- Füzuli müəllim, sürücü olduğunuz üçün bəlkə birinci paytaxt yollarına münasibət bildirəsiniz...
- Münasibət deyəndə ki, mən yollara nə münasibət bildirim? Yollara münasibət bildirən bildirir də, o yana da keçir. Sən bir şeyə fikir vermisən, qızım... normal yerlərdə bilirsən də, yolu qazırlar, nə lazımdı ilkin işləri aparırlar, axırda da asfalt salırlar. Amma bizdə yolu əvvəl asfaltlayırlar, sonra qazırlar.
- Televiziyamızla aranız necədi?
- Heç necə. Çünki mən Azərbaycan telekanallarına baxmıram. Baxma ki, sürücüyəm, amma mən özünə hörmət edən, ali təhsilli adamam. Belə olan halda, sən də mənim qızım, mən niyə bizim telekanallara baxmalıyam? Mənə çox maraqlıdı ki, Nisə Qasımova qucağına pişik götürdü, yoxsa it balası? Çevir tatı, vur tatı. Bir veriliş açırlar, beş-on müğənni var aralıqda, bir-bir onlardan pul alıb, çağırıb, danışdırırlar, müğənnilər daha pul verməyəndə, başqa veriliş açıb, bu dəfə həmin müğənniləri təzə verilişə çağırıb, indi də buna görə pul alırlar.
- Evlənmə proqramlarına heç baxmısınız?
- Arvad-uşaq baxır, mən baxmıram. Dediklərinə görə cavan oğlanlar gəlir ora, qız bəyənirlər, toyu da telekanal eləyir. Pah atonnan! A bala, qız yenə cəhənnəm, qız bəlkə evdə qalıb, kasıb ailədəndi, özü də qız uşağıdı, evdən çıxmır. Yaxşı, bəs o nə oğuldu ki, gedib pul qazanıb, özünə toy eləyə bilmir? Oğlan özü cəhənnəm, bəs bunların ailəsi yoxdu, bu xalxın hamısı «detdom» uşağıdı?! Bu millət nə vaxt belə rəzilləşdi, bilmirəm. Ay bala milyonunun meydana axışdığı vaxtı varıydı e, bu xalqın. Elə bil yatmış pələng idi, birdən oyandı. İndi bunlara nə olub, bilmirəm.
- Qarabağ problemi barədə nə düşünürsünüz?
- Mən problem barədə düşünmürəm, qızım, mən o problemi yaşayıram. Mən, bir də iki qardaşım müharibədə vuruşmuşuq. Qardaşlarım öldü, mən sağ-salamat qurtardım, heç burnum da qanamadı. Allahın əziz bəndəsiydim də, bəxtim gətirdi. İndi müharibə iştirakçısı kimi hansı qapını döyürəmsə, mənə deyirlər ki, sənə nə olub ki? O boyda müharibədə vuruşa bilibsən, indi dinc vaxtda çörəyini qazana bilmirsən? Əlin sağ, ayağın sağ. Deyirəm, axı mən bu xalqın, bu torpağın uğrunda vuruşmuşam. Səncə, mən hələ durub, Qarabağ problemi barədə düşünməliyəm də?
- Yəni o mənada soruşuram ki, Qarabağı ermənidən geri necə ala bilərik?
- A bala, uşaq olma, erməni torpaq alıb, torpaq da verə? Erməni kimdi ki? Ermənini qapında işlədəsən, sonra pulunu verməyəsən, dillənə də bilməz qorxusundan. Di gəl, rus dağ kimi dayanıb da onun arxasında. O gün rus telekanalından bir verilişə baxıram. Deməli, Sərkisyan müsahibə verir. Buna deyirlər ki, bəs Azərbaycanın pulu səndən çox, nefti çox, silahı çox, əhalisi çox. Qəfildən müharibə eləmək istəsə, neyləyəcəksən? Nə cavab versə yaxşıdı: Zato u nix karmanı dıryavıe. Yəni “nə olsun ki, onların cibi cırıqdı”. Gör, bu nə deməkdi? Bizi təhqir eləyir də! Rus bircə çəkilsin onun arxasından - heç silah da lazım deyil, o Allah haqqı “mantirovka”ynan qovarıq o ermənini!
- Sülh yolu ilə ala bilmərik?
- Yox, mümkün deyil.
- Ordumuz barədə nə deyə bilərsiniz?
- Əslində ordumuz barədə bircə şey fikirləşirəm ki, kişi olan kəs, gedib əsgərliyini çəkməlidi.
- Siz ki, bu qədər savadlı və ayıq adamsınız, nə əcəb sürücü işləyirsiz?
- Nəyi pisdi ki?
- Pis deyil, amma savadınıza, dünyagörüşünüzə daha uyğun olan başqa bir işdə də işləyə bilərdiniz...
- Mənim üçün fərqi yoxdu. Müharibənin ən qaynar vaxtını görmüş adamam. Dünyada hər şey fanidi. İşdən ötrü, puldan ötrü gedib kiməsə yaltaqlanmaq mənlik deyil. Üç il ona görə sinəmi güllə qabağına verməmişəm ki, indi gedib, hansısa nadanın qabağında quyruq bulayım. Sürücüyəm, alnımın təriynən balama çörək qazana bilirəm, heç kimnən söz götürmürəm, babamın da bəsidi. Oğlum da böyüyür, bir-iki ilə öz çörəyini özü qazanacaq.
- Azərbaycan xalqına nə arzulayırsınız?
- Özlərini şərdən qorusunlar.
- Arvad şərindən?
- Yox əşi, arvad fağır məxluqdu, onun nə şəri olacaq ki?
- Bəs, kimin şərindən?
- Pis adamların şərindən.
P.S. Füzuli müəllim şəklini çəkməyimizə razı olmadı. “Budey, bu maşındı əsas, bunu çək” – deyib, zarafata saldı...
Söhbətləşdi: Günel

675