Kəbirə Məmmədova “Binə”yə gedən marşrutları bağlatdırıb
Yarmarka sahibi bununla mağazaların sökülməsinə və köçürülməsinə şərait yaratmaq istəyir
Heydər Əliyev adına Beynəlxalq Hava Limanının yaxınlığındakı “Binə” və “Sədərək” yarmarkalarına sərnişin avtobuslarının işləməsi qadağan edilib. Marşrut sahiblərindən Lent.az-a bildirdiyinə görə, artıq iki gündür ki, şəhərin müxtəlif ərazilərindən həmin istiqamətə gələn avtobusların yarmarkanın ərazisinə daxil olmasına icazə verilmir. Bu səbəbdən də mağaza sahibləri və alıcılar əsas yoldan yarmarkayadək piyada getməyə məcburdur.
Nəqliyyat Nazirliyindən bu istiqamətlərə marşrut avtobuslarının hərəkətinin dayandırıldığını təsdiqləyiblər. “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin mətbuat katibi Samir Həsənov Lent.az-a bildirib ki, avtobusların işləməsinə qadağa qərarı “Binə” Ticarət Mərkəzinin rəhbərliyinin xahişi əsasında verilib. Onun sözlərinə görə, yarmarkanın rəhbəri Kəbirə Məmmədova nazirliyə müraciət edərək, avtobusların müvəqqəti bağlanmasını istəyib.
“Yarmarka rəhbərliyi hesab edir ki, həm avtobuslar, həm də onların daşıdıqları sərnişinlər mağazaların köçürülməsi prosesinə mane olur. Ona görə də xahiş etdilər ki, mağazalar köçürülüb qurtaranadək yarmarkaya işləyən avtobusların fəaliyyəti dayandırılsın. Amma bu, bir neçə günlükdür, köçmə prosesi yekunlaşandan sonra avtobuslar əvvəlki qaydada işləyəcəklər” - deyə, Samir Həsənov əlavə edib.
Yarmarkanın fəaliyyət göstərəcəyi yeni ünvana – Lökbatana əlavə marşrutların açılıb-açılmayacağı isə hələ məlum deyil. “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin nümayəndəsi bildirib ki, hazırda həmin istiqamətə sərnişindaşıma xidməti göstərən avtobuslar var. Yeni xəttin açılması isə sərnişin axınından və yarmarka rəhbərliyinin müraciətindən asılıdır. Samir Həsənovun sözlərinə görə, yeni yarmarkaya sərnişin axını çoxalsa və əlavə marşrutların açılması, yaxud avtobusların sayının artırılması zərurəti yaransa, sahibkarlar Nəqliyyat Nazirliyinin müvafiq strukturlarına bizə müraciət edəcəklər: “Amma hələ bizə müraciət daxil olmayıb. Müraciət etsələr, Lökbatanda yerləşən yarmarkaya işləyəcək avtobusların sayı artırıla bilər”.
Elxan SALAHOV

Oxşar yazılar

5 BÜRCÜ güclü dəyişiklik dalğası bürüyəcək: Bu gündən
7 may 2025 , 18:38
“Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” sosial layihəsi keçirilib
7 may 2025 , 17:30
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
7 may 2025 , 16:32
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
7 may 2025 , 16:13
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? – SƏBƏB
7 may 2025 , 16:04
Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu bu tarixdə yola düşəcək
7 may 2025 , 13:35
Leysan yağacaq - Sabahın HAVASI
7 may 2025 , 12:15