Qızlar tez ərə gedir...
Azərbaycanda yetkinlik yaşına çatmamış qızların ərə verilməsi halları artır
Son illər Azərbaycanda yetkinlik yaşına çatmamış qızların ərə verilməsi halları əhəmiyyətli şəkildə artıb. Bu isə yeni doğulmuş uşaqların qeydiyyatdan yayındırılması hallarının da artmasına təsir göstərir.
Lent.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, yetkinlik yaşına çatmamış qızların ərə verilməsi qanunla qadağan edildiyindən belə ailələrdə doğulan uşaqlar dövlət qurumlarından gizlədilir.
Arif Vəliyev onu da deyib ki, azyaşlı qadınların doğduğu uşaqların arasında zəif və aşağı çəkili körpələr üstünlük təşkil edir. Onun sözlərinə görə, 18 yaşınadək ərə getmiş qızların dünyaya gətirdiyi uşaqlar zəif olduğundan onlar arasında ölüm halları da digərlərindən çoxdur.
Komitə sədri vurğulayıb ki, yetkinlik yaşına çatmamış qızların ərə verilməsi Azərbaycanın bütün regionlarında müşahidə olunur. Belə hallar daha çox cənub rayonlarında üstünlük təşkil edir.
Elxan SALAHOV

Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26
İnsanların fərqli yaşlanmasının sizin bilmədiyiniz 3 SƏBƏBİ
1 iyul 2025 , 18:12
Küləklə bağlı növbəti XƏBƏRDARLIQ
1 iyul 2025 , 17:23