Azərbaycanda kütləvi Hepatit C-yə yoluxdurma iddiası
Dünyasını dəyişən xəstənin oğlu həkimi ittiham edir, həkim isə onun iddiasını qərəzli sayır
Füzuli rayonu Qazaxlar kənd sakini Alim Alışov Lent.az-ın poçtuna məktub yazaraq, atası Talış Alışovun həkim məsuliyyətsizliyinin nəticəsində vəfat etdiyini bildirib. Atasının 1938-ci ildə anadan olduğunu bildirən A.Alışov onun bu il martın 6-da 71 yaşında vəfat etdiyini yazıb: “Atam Alışov Talış Nəsib oğlu 2006-cı ildə Füzuli rayonu Babı kəndində fəaliyyət göstərən ”Azad-Ə” Klinikasının həkimi Azad Hüseynzadə tərəfindən “qarın yırtığı”ndan əməliyyat olunub, normal müddət başa çatdıqdan sonra evə göndərilib. Əməliyyat olunduğu vaxtdan bir neçə ay keçdikdən sonra onun ayaqlarında şişmə müşahidə etdik, lakin atam bunu ciddiyə almadı, uzaq yol getməsi ilə və ya bağırsaqda olan problemlərlə əlaqələndirirdi. Ancaq 2007-ci ilin oktyabr ayında ayaq şişməsi daha da böyüdü, hətta qarın nahiyəsi də şişməyə başladı. Atamı Bakı şəhərində yerləşən “Mediluks” Klinikasında müayinə etdirdik. Müayinə nəticəsində onun qaraciyərində serroz əlamətlərinin baş verdiyi bildirildi. Böyük qardaşım onu Moskva şəhərinə apardı və orada yerləşən Vişnevski adına Hərbi Hospitalda müayinə və müalicə etdirdi. Müayinə nəticəsində atam Alışov Talışın orqanizmində “Hepatit C” virusu aşkar edilib. Ona ancaq yüngülləşdirici müalicə tətbiq edildikdən sonra evə göndərildi. 1 il 3 müddətində ağır vəziyyətdə, iynə-dərmanın gücünə yatdıqdan sonra atam bu il martın 6-da qaraciyər çatışmazlığından dünyasını dəyişdi”.
A.Alışov məktubunda atasının “Azad-Ə” Klinikasında iki dəfə eyni xəstəlikdən əməliyyat olunduğunu yazır: “Ona qədər heç vaxt, heç bir yerdə əməliyyat olunmayıb. Yalnız ”Azad-Ə” Klinikasında əməliyyat olunduqdan sonra “Hepatit C” virusuna yoluxması nəticəsində qaraciyəri sıradan çıxıb, serroz əlamətlərinin güclənməsi onun ölümünə səbəb olub”.
Məktub müəllifi “Azad-Ə” Klinikasında başqa xəstələrin də virusa yoluxduğunu iddia edir: “O klinikada təkcə atam deyil, həmkəndlimiz, 1977-ci il təvəllüdlü Qurbanov Ramil də əməliyyat olunub və o da “Hepatit C” virusuna yoluxub. Hətta onlarla tanıdığımız və tanımadığımız insan orada əməliyyat olunduqdan sonra “Hepatit C” virusuna yoluxub. Bizim istəyimiz bu insan fəlakətinə son qoyulması, digər insanların “Hepatit C” virusuna yoluxaraq məhv olmasının bir an öncə qarşısının alınmasıdır”.
Lent.az məsələ ilə bağlı məktubun müəllifi ilə bir daha telefon vasitəsilə əlaqə saxlayıb. O, bu məsələ ilə bağlı rəsmi qurumlara müraciət etmədiyini bildirib: “Həkimin özünə məlumatlar göndərmişik ki, belə şeylər var. Ancaq sonradan rəsmi qurumlara müraciət etmədik. Buna baxmayaraq, faktla bağlı Füzuli rayon Məhkəməsinə müraciət edəcəyik”.
A.Alışov atasının Hepatit C-yə məhz ”Azad-Ə” Klinikasında yoluxmasının rəsmi səviyyədə təsdiqlənmədiyini əlavə edib: “Bunu ehtimal edirik. Həm də məktubda yazdığım kimi, bir neçə nəfər yaxın tanıdığımız adamlar həmin klinikada əməliyyat olunandan sonra Hepatit C-yə yoluxub. Onu da deyim ki, Füzuli rayonunun baş həkimi tərəfindən həmin klinikaya dəfələrlə xəbərdarlıq olunub, lakin konkret tədbirlər görülməyib. Bilmirəm, bəlkə də arxalarında güclü adamlar olduğuna görə tədbir görülməyib”.
Ölən şəxsin oğlunun günahlandırdığı şəxs - ”Azad-Ə” Klinikasının həkimi Azad Hüseynzadə isə Lent.az-a açıqlamasında haqqında deyilən fikirləri qəti şəkildə təkzib edib: “Mən Alış kişini 2006-cı il deyil, ondan qabaq – 5-6 il əvvəl əməliyyat eləmişəm. Əməliyyat zamanı ona qan da köçürülməyib, belə şey də mümkün olan deyil. Biz əməliyyat zamanı istifadə olunan alətlərimizi 2 atmosfer təzyiqdə 40 dəqiqə müddətində sterilizə edirik. Axı belə olanda ona necə virus keçə bilər? Həm də o necə sübut edə bilər ki, bizim xəstəxanada viruslu xəstə olub, Alış Talışova da Hepatit C ondan keçib? Bu, boş-boş söhbətlərdir”.
Həkim məktubda göstərilən Ramil Qurbanov və başqalarının çalışdığı klinikada Hepatit C-yə yoluxması barədə göstərilənləri də rədd edib: “Gedib hara müraciət edirlər, etsinlər. Xəstə əməliyyatdan sonra min dənə iynə də vurdura bilər. Virus şprisdən də keçə bilər. O məktubu yazan çox qərəzli adamdır. Bütün rayonumuzu axtarsanız, heç 2 nəfər Hepatit C-yə yoluxan adam tapa bilməzsiniz. Bizim xəstəxanada da heç kim Hepatit C-yə yoluxmayıb”.
A.Hüseynzadə vəfat edən şəxslə uzaq qohumluq əlaqələrinin olduğunu da deyib. “Qoca kişiydi, 90 yaş yaşamışdı. O Hepatit C-dən yox, ürək xəstəliyindən vəfat edib. Heç onun oğlu qohum olduğumuza görə məndən şikayət yazmaz” – deyə, o əlavə edib.
Pərvin ABBASOV

1564