Kəlbəcərlilər Şəhidlər Xiyabanını ziyarət etdilər
Kəlbəcərin işğalının 16-cı ildönümü ilə əlaqədar Bakıda məskunlaşmış bir qrup kəlbəcərli bu gün Şəhidlər Xiyabanını ziyarət edib. Yadetmə mərasimində Kəlbəcərdən olan keçmiş döyüşçüləri, müharibə əlilləri, şəhid anaları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Lent.az-ın məlumatına görə, ziyarətdən sonra kəlbəcərlilər xiyabanda şəhidlərin şərəfinə ucaldılmış məşəl-kompleksin qarşısında kiçik mitinq keçirib. Toplantıda keçmiş döyüşçülər və şəhid ailələrinin üzvləri Kəlbəcərin və digər ərazilərin işğaldan azad edilməsi istiqamətində aparılan sülh danışıqlarının nəticə vermədiyini təəssüf hissi ilə qeyd ediblər. Çıxışçılar Qarabağın işğaldan azad edilməsinin yeganə yolunun müharibə olduğunu vurğulayıblar.
Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü il aprelin ilk günlərində işğal olunub. Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi işğal nəticəsində 53 mindən çox sakin Kəlbəcərdən qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və ya itkin düşüb. Kəlbəcərin işğalından dərhal sonra BMT-nin Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Buna baxmayaraq, ötən 16 ildə bu qətnamənin tələbləri yerinə yetirilməyib.
Elxan SALAHOV

Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26