Astarada 200 illik tapıntı
Rayon sakininin həyətində qədim kərpic kürəsi aşkarlanıb
Azərbaycanın Astara rayonunda bir neçə əsrin yadigarı olan kərpic kürəsi aşkarlanıb. Bu barədə Lent.az-a məlumat verən Astara Rayon Mədəniyyət və Turizm Şöbəsinin baş inspektoru Əfqan Şəfiyevin sözlərinə görə, kərpic kürəsi rayonun Pensər kənd sakini İntizar Mürsəlov tərəfindən aşkarlanıb. Belə ki, İ. Mürsəlov həyətində ağac əkmək üçün çala qazarkən hansısa tikilinin kərpicləri üzə çıxır. O, bu barədə rayon mədəniyyət və turizm şöbəsinə məlumat verir. Aparılan tədqiqatlardan sonra həmin kərpiclərin XIX əsrin əvvəllərində inşa olunan kərpic kürəsinin qalıqları olduğu məlum olur. Ə. Şəfiyevin qənaətincə, kərpic kürəsi İntizar Mürsəlovun ulu babası, vaxtilə Astarada öz dövrünün tanınmış xeyriyyəçisi kimi tanınan Hacı Teymura məxsus olub. İntizar kişi nənəsindən həyətlərində kərpic kürəsinin olması barədə eşitsə də, onun yerini dəqiqləşdirə bilməyib. Kürə isə hələ repressiya illərində torpağa basdırılaraq gizlədilib. Yaşlı sakinlər kürədə bişirilmiş kərpiclərin Pensər və ətraf ərazilərdə bir sıra obyektlərin inşasında istifadə olunduğunu bu gün də yaxşı xatırlayırlar.
Əfqan Şəfiyevin sözlərinə görə, XIX əsrdə Hacı Teymurun şəxsi vəsaiti ilə tikilmiş məscidin, onun oğlu Hacı Osmanın isə 1912-ci ildə inşa etdirdiyi ilk rus-tatar məktəbinin kərpicləri məhz sözü gedən kürədə bişirilib. Hər iki qədim tikili - “Hacı Teymur” məscidi və Astarada ilk ümumtəhsil müəssisəsi olan keçmiş rus-tatar məktəbinin binası hazırda yerli əhəmiyyətli mədəni abidə kimi dövlət tərəfindən qorunmaqdadır.
Ağəddin Babayev

1334