Bakıda ölüm saçan 5 müəssisə bağlandı
Üfunət içərisində olan bu müəssisələr qənd, süd və sərinləşdirici su istehsal edirdi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhərində fəaliyyət göstərən qənd, alkoqolsuz içki (limonad və qazlı su) və süd məhsulları istehsal olunan 5 müəssisənin fəaliyyətini dayandırıb. Komitənin müfəttişlərinin həyata keçirilən dövlət nəzarəti tədbirləri nəticəsində bir müddət əvvəl ciddi nöqsanların aşkar edildiyi bu müəssisələrdə xəbərdarlıqdan sonra qanun pozuntularının aradan qaldırılmadığı məlum olub.
Komitədən Lent.az-a verilən məlumata görə, bunların 3-ü qənd, 1-i süd, 1-i isə sərinləşdirici su istehsalı ilə məşğul olan müəssisələrdir. Həmin müəssisələrdə məhsul istehsalı qaydalarının kobud şəkildə pozulduğu, istehsal prosesinin texniki və normativ qaydalarına əməl olunmadığı, hazır məhsulların laboratoriya müayinəsinin aparılmadığı və antisanitariya vəziyyətinin hökm sürdüyü qeydə alınıb. Bu səbəbdən də həmin müəssisələrdə istehsalın dayandırılması ilə bağlı tələbnamələr verilib.
Komitənin qərarına əsasən, bu müəssisələr istehsal prosesini qeyri-qanuni olaraq, davam etdirərsə, sənədlər müvafiq tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.
Elxan SALAHOV

941