Dini qurumların rəhbərləri toplaşdı
17 mart 2009 11:30 (UTC +04:00)

Dini qurumların rəhbərləri toplaşdı

Məşvərət Şurası ölkədə dini sabitliyin qorunmasına dair tövsiyələr hazırlayıb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. İclasda ölkədə dini durum, dini maarifçilik işinin genişləndirilməsi, 31 mart azərbaycanlıların soyqırımı və 21 aprel Xolokost günü, 9 aprel Pesax, 19 aprel Pasxa Bayramı, eləcə də Təzəpir məscidinin və Bakı İslam Universitetinin yeni binasının açılış mərasiminə hazırlıq məsələləri müzakirə olunub.

Komitənin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, Məşvərət Şurasının sədri Hidayət Orucov toplantı iştirakçılarına ölkədə dini durum barədə məlumat verib. O, qeyd edib ki, sabitliyin qorunub saxlanmasında Məşvərət Şurasının fəaliyyətinin də rolu var.

Şuranın üzvləri isə respublikada dini durumun sabit olduğunu və dövlətin din siyasətinin müsbət nəticələr verdiyini vurğulayıblar. Onlar həmçinin həllini gözləyən bir sıra məsələlərə də münasibət bildiriblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinləri Salman Musayev və Sabir Həsənli, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr İşein, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Gennadi Zelmanoviç, Roma Katolik kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının nümayəndəsi Semyon Şalmeyev radikal və ekstremist ruhlu qruplara qarşı birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıblar. Onlar öz çıxışlarında bu sahədə mübarizənin daha da gücləndirilməsinin zəruriliyinə bildiriblər. İclasda zərərli dini meyllərin, qanunsuz şəkildə nəşr olunan ədəbiyyatların və “Compakt Disk” formatında dini mətnlərin yayılmasında maraqlı qüvvələrin olduğu vurğulanıb.

Şurada müzakirə olunan məsələlərlə bağlı tövsiyələr hazırlanıb.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329

Oxşar yazılar