Bakıda ilaxır çərşənbə qeyd olunur
Bu gün Azərbaycan paytaxtında ilaxır çərşənbə münasibətilə tədbirlər keçirilib. APA-nın xəbərinə görə, bayram tədbirinə “Azneft” meydanından atlar və dəvələrdən ibarət karvanın hərəkətə başlaması ilə start verilib. Karvanla hərəkət edən milli geyimli oğlan və qızlar Suraxanı rayonu Atəşgah məbədindən od götürüblər. Musiqi sədaları altında Novruz personajlarının iştirakı ilə Heydər Əliyev Sarayı qarşısından keçən karvan daha sonra Qız Qalasına yaxınlaşıb. Qala üstündəki məşəl alovlandırılıb.
Saat 19.00-da ilaxır çərşənbə münasibətilə incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq keçiriləcək.
Qeyd edək ki, tədbirlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunub. İcra Hakimiyyəti dünən paytaxt sakinlərinə müraciət edərək onları konsertə və atəşfəşanlığı seyr etməyə dəvət edib.

Oxşar yazılar

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA
2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü
2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq
2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 aprel 2025 , 08:15Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi
2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT
1 aprel 2025 , 20:04
İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ
1 aprel 2025 , 19:59