Şeyxülislam Azərbaycan xalqını təbrik edib
16 mart 2009 17:30 (UTC +04:00)

Şeyxülislam Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. QMİ-dən APA-ya daxil olan təbrikdə qeyd olunur ki, yer üzünə təravət və yeni ab-hava bəxş edən Novruz bayramı Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti yaşadır: “Yaradanın lütfü ilə, bu bayramın bəşəriyyət üçün önəm kəsb edən məqamlarla üst-üstə düşməsi Novruza xüsusi özəlliklər gətirir və onun üstün yönlərini daha da artırır. Dinimizdə xüsusi yeri olan bir çox müqəddəs hadisələrin, o cümlədən Həzrəti Peyğəmbərimizlə bağlı mübarək məqamların bu təqvimə təsadüf etməsi Novruza ilahi səciyyə bəxş edir. İnsan həyatına yenilik, süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, yaratdığı nemətlərə şükür-sənanı və onun yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə Allahdan diləyim budur ki, öz mərhəməti və şəfqətini xalqımızın, dövlətimizin üzərindən əskik etməsin, bu əziz günü doğma Qarabağda bayram etməyi tezliklə bizlərə qismət eləsin. Mübarək qədəmləri ilə təşrif buyuran əziz Novruz bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allah-Təaladan xalqımıza xoşbəxtlik, rifah, bayram sevinci arzu edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1210

Oxşar yazılar