Bakı Şəhər İcra Hakimiyyətində kütləvi ixtisarlar başlayıb
16 mart 2009 11:30 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyətində kütləvi ixtisarlar başlayıb

300 nəfərlik kollektivin 50 faizi iş yerini itirəcək

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentində kütləvi ixtisarlar aparılır. Adıçəkilən departamentin əməkdaşlarının APA-ya verdiyi məlumata görə, ixtisarlar nəticəsində qurumun 300 nəfərlik kollektivinin 50 faizi iş yerini itirəcək.

Məsələ ilə bağlı APA-ya açıqlama verən departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov faktı təsdiqləyib. Mətbuat xidmətinin rəhbəri ixtisarların Departamentin əməkdaşlarının bundan sonra dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı olduğunu deyib: “İndiyə kimi bizim departamentin əməkdaşları fərdi müqavilələr əsasında işləyiblər. Bu il fevralın 9-da Azərbaycan prezidentinin “Dövlət rüsumu haqqında” qanuna əlavə və dəyişikliklərin qüvvəyə minməsi barədə imzaladığı fərmana əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin dövlət büdcəsindən maliyyələşməsi nəzərdə tutulur. Dövlət büdcəsindən maliyyələşmə nəzərdə tutulduğu üçün 300 nəfərin burada işləməsi qeyri-mümkündür. Bu məsələ aprelin 1-də konkretləşəcək. Departamentdə sırf ixtisaslı kadrlar saxlanılacaq, işə qəbul isə testlə aparılacaq. Mənim özümün də burada qalıb-qalmayacağım hələlik məlum deyil”.

Məlumata görə, analoji hal BŞİH-in tabeliyində olan digər qurumlara da şamil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1384

Oxşar yazılar