“Poladəridən sanitar həkim işləyə bilməz”
Səhiyyə Nazirliyi Salyanda bir qrup sanitar işçinin işdən çıxarılmasına münasibət bildirdi
“Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) bir qrup işçisinin işdən azad edilməsi barədə Səhiyyə Nazirliyinə heç bir məlumat daxil olmayıb. Şikayətçilər bizə müraciət etsəydilər, məsələni araşdırıb onun qanuni həllinə yardım edə bilərik”.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət idarəsinin rəisi Viktor Qasımov Salyanda bir qrup sanitar həkimin işdən çıxarılmasına dair Lent.az-ın sorğusuna cavab verərkən belə deyib. İdarə rəisi Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin yeni rəhbərinin işçiləri işdən çıxarması barədə məlumatı təəccüblə qarşılayıb: “Bu, nə xəbərdir?! Biz səhiyyədə işləmək üçün kadr axtarırıq, siz də deyirsiniz, işçiləri işdən çıxarıblar. Biz bu məsələni şifahi həll edə bilmərik. Qoy, işdən çıxarılan adamlar nazirliyə müraciət etsin, məsələni araşdıraq və sonra həll edək”.
Bununla belə, Viktor Qasımov Salyan Rayon Gigiyena və Epidemiologiya Mərkəzinə yeni direktorun təyin olunduğunu, müəssisədə tibbi ixtisası olmayan işçilərin çalışdığını təsdiqləyib: “Əvvəlki direktor rada çox özbaşınalıq edib, ixtisasca səhiyyədən uzaq adamları həkim kimi işə götürüblər. Hətta onların arasında poladəridən olan şəxslər də var. Belə məlumatlardan xəbərdarıq. Ancaq konkret faktlar üzrə məlumatımız yoxdur”.
Səhiyyə Nazirliyinin rəsmisi vurğulayıb ki, hətta Salyan Rayon Gigiyena və Epidemiologiya mərkəzində çalışanların bir qismi qeyri-ixtisas sahibləri olsa belə, onların işdən azad edilməsi hüquq müstəvisindən həyata keçirilməlidir. Onun sözlərinə görə, bu məsələni sanitar qurumların kadrlar üzrə inspektorları və onların Bakıdakı baş idarəsi həll etməlidir: “Yəni bu məsələlər dəqiq araşdırılmalıdır. İşçinin ixtisası onun tutduğu vəzifəyə uyğun gəlmirsə, əlbəttə işdən çıxarılmalıdır. Ancaq işdən azad edilmə də kadrlar üzrə inspektorların rəylərinə, araşdırmalarına əsaslanmalıdır”.
Elxan SALAHOV

2339