Nazir: “Hansısa universitetdə məzunlara diplom verilməyibsə, günah ali məktəbin özündədir”
Misir Mərdanov bu məsələdə Təhsil Nazirliyinin günahı olmadığını deyir
“Məzunlara diplomların verilməsində gecikmələrə görə məsuliyyət ali məktəblərin üzərinə düşür. Təhsil Nazirliyi bütün ali məktəblərə diplomları vaxtında çatdırıb. Universitetlər də diplomların məzunlara vaxtında verilməsini təmin etməlidirlər”.
Lent.az-ın məlumatına görə, təhsil naziri Misir Mərdanov bəzi ali məktəblərdə məzunlara, xüsusən də magistrlərə diplomların verilməsinin yubadılmasına aydınlıq gətirərkən belə deyib.
Xatırladaq ki, bəzi ali məktəblər 2008-ci ildə həm bakalavr, həm də magistr pillələrini bitirmiş məzunların bir qisminə hələ də diplom verməyib. Səbəb isə diplomların guya, təhsil Nazirliyi tərəfindən universitetlərə göndərilməməsi ilə əlaqələndirilir. Hətta bəzi ali məktəblərdə Təhsil Nazirliyinin diplomların məzunlara paylanmasına icazə vermədiyi bildirilir.
Təhsil naziri Misir Mərdanov isə bu məlumatları qətiyyətlə təkzib edir: “Bu məsələdə Təhsil Nazirliyinin heç bir günahı ola bilməz. Diplomlar vaxtında sifariş verilir və alınır. Hazırda heç bir ali məktəbin nazirlikdə diplomu qalmayıb. Əgər indiyədək hansısa universitetdə məzunlara diplom verilməyibsə, deməli, günah ali məktəbin özündədir”.
Elxan SALAHOV

Oxşar yazılar

Əməliyyat zamanı canlı yayım açan cərrahla bağlı ARAŞDIRMA
2 aprel 2025 , 09:21
Azərbaycanda 5 nəfər zəhərlənmədən öldü
2 aprel 2025 , 09:14
Aprelin əvvəli 5 BÜRC üçün çox uğurlu olacaq
2 aprel 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
2 aprel 2025 , 08:15Əməkdar jurnalisti Valeh Məhərrəmli vəfat etdi
2 aprel 2025 , 00:37
Heydər Əliyev Fondu şəhid ailələri ilə - FOTOLENT
1 aprel 2025 , 20:04
İntim əlaqədə olmaq istənməməsinin SƏBƏBLƏRİ
1 aprel 2025 , 19:59