Şagirdlərdən pul yığılmasına görə bir neçə məktəbin direktoru cəzalandırılıb
Təhsil Nazirliyinin araşdırmalarından sonra tədbir görülüb
Təhsil Nazirliyi bayramqabağı ümumtəhsil orta məktəblərində yoxlamalara başlayıb. Bu yoxlamalar Bakı məktəblərində bayramlarla əlaqədar şagirdlərdən pul yığılması ilə bağlıdır.
Lent.az-ın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərlə söhbətində bildirib. Nazir deyib ki, son vaxtlar belə məlumatlar nazirliyə də daxil olur. Nazirlik isə şagirdlərdən pul yığılması barədə məlumatları araşdırmaq məqsədilə Bakının bir neçə rayonunda reyd keçirilir. Onun sözlərinə görə, reydlər zamanı bəzi məlumatlar təsdiqlənib və bununla bağlı yerindəcə tədbirlər görülüb.
“Bizi araşdırmalarımızda şagirdlərdən pul yığılması ilə bağlı faktların bəziləri təsdiqləndi. Ona görə də bir neçə məktəb direktoru vəzifəsindən azad edilib, bəziləri haqqında isə digər inzibati tədbirlər görülüb” - deyə, Misir Mərdanov bildirib.
Bununla belə, nazir cəzalandırılan məktəb direktorlarının adlarını açıqlamayıb. O qeyd edib ki, inzibati tədbirlər vasitəsilə belə halların qarşısının köklü surətdə alına biləcəyinə inanmır. Nazirin fikrincə, bu işdə şagirdlər və onların valideynləri də diqqətli olmalı, hər kəsin dediyinə dərhal əməl etməməlidir: “Təhsil Nazirliyində “Qaynar xətt” fəaliyyət göstərir. “Qaynar xətt”ə daxil olan hər bir məlumat araşdırılır və faktlar təsdiq olunduqdan tədbirlər görülür. Amma bununla problemin həll edilə biləcəyini söyləmək çətindir”.
Elxan SALAHOV

1403