Daxili işlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov Qobustan həbsxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına köçürülüb. Xatırladaq ki, polis generalı onun rəisi olduğu idarədə baş əməliyyat müvəkkili kimi çalışan Hacı Məmmədovun cinayət işləri ilə əlaqədar həbs edilərək ömürlük azadlıqdan məhrum edilmə cəzası alıb. Sözügedən cinayət işi əsasən Bakıda son illərdə baş vermiş adam oğurluqları və qətlləri əhatə edirdi.
Zakir Nəsirovun yenidən MTN-in təcridxanasına nədən köçürüldüyü hələ sirr olaraq qalır. MTN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Arif Babayev bu barədə onlarda məlumat olmadığını söylədi.
Zakir Nəsirovun vəkili Adil İsmayılov da səbəb söyləyə bilmədi. Vəkil deyir ki, ona verilən məlumat yalnız bu olub ki, sabiq polis generalı istintaq zərurəti ilə əlaqədar MTN-ə gətirilib. Ancaq bu istintaqın hansı cinayət işini araşdırması ilə bağlı heç bir məlumat verilməyib. Vəkil bu gün Nəsirovla görüşüb. Nəsirov ona heç bir cinayət törətmədiyini söyləyib. Nə vəkilin, nə də məhkumun bu məsələ ilə bağlı ehtimalları da yoxdur.
Onu da qeyd edək ki, Nəsirov qanuni şəkildə, yəni məhkəmə qərarına əsasən istintaq təcridxanasına gətirilib. Lakin məhkəmə qərarında da söhbətin hansı istintaqdan getdiyi göstərilməyib. Sadəcə, qeyd olunub ki, belə bir zərurət var.
O ki qaldı bu məsələdən kiməsə qarşı istifadə olunacağı barədə yayılmış məlumata, Adil İsmayılov Lent.az-a açıqlamasında bildirdi ki, Hacı Məmmədovla bağlı cinayət işinin istintaqı bitib. Yəni bu işlə bağlı hər hansı ifadə alınması az ehtimal olunur. Bu günə kimi isə Nəsirovdan belə bir ifadə alınmayıb.
Sabah vəkil Nəsirovla bir daha görüşəcək.
Səbinə Əvəzqızı

Vəkil Adil ismayılov Zakir Nəsirovla görüşüb
Oxşar yazılar

Ermənistanın baş qərargah rəisinin işğalda iştirakını sübut edən yeni material tədqiq edildi
23 may 2025 , 21:14
"Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil" - DEPUTAT
23 may 2025 , 11:23
“Daşnaksütyun” bizim üçün qalxan rolunu oynayırdı" - Arayikin məhkəməsində ŞOK ETİRAFLAR
22 may 2025 , 21:24
Bu ölkədə rus casuslarının hazırlanması üçün “fabrik” açılıb – İDDİA
22 may 2025 , 19:08
İki düşmən deputat duelə çıxır
22 may 2025 , 18:06
Ermənilərin məhkəməsində ifşaedici material nümayiş olundu
22 may 2025 , 16:40
David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb - VİDEOFAKT
22 may 2025 , 15:50