DIN Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirov Hacı Məmmədovun ifadələrinə əsasən dindirilə bilər. Sabiq generalın vəkili Adil İsmayılov bu fikirdədir. Qeyd edək ki, Nəsirov bu günlərdə Qobustan həbsxanasından Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasına köçürülüb. Zakir Nəsirovu hələ ki, dindirməyə başlamayıblar. Bu məlumatı da vəkil deyir. Vəkilin Lent.az-a verdiyi açıqlamaya görə, Hacı Məmmədovun ifadələrinin yenidən yoxlanılması gözlənilir.
Xatırladad ki, polis generalı onun rəisi olduğu idarədə baş əməliyyat müvəkkili kimi çalışan Hacı Məmmədovun cinayət işləri ilə əlaqədar həbs edilərək ömürlük azadlıqdan məhkum edilmə cəzası alıb. Sözügedən cinayət işi əsasən Bakıda son illərdə baş vermiş adam oğurluqları və qətlləri əhatə edirdi.
Zakir Nəsirovla bağlı yeni istintaq hərəkətlərinin nə vaxt başlayacağı isə məlum deyil.
Səbinə Əvəzqızı

Hacı Məmmədovun ifadələri yenidən yoxlanıla bilər
Oxşar yazılar

Prezident İlham Əliyev Zelenskini təbrik etdi
24 avqust 2025 , 11:15
"Qarabağ hərəkatını davam etdirməməliyik" - PAŞİNYAN
23 avqust 2025 , 14:14
Politoloq Sergey Markov xarici agent elan olundu
22 avqust 2025 , 18:52
Paşinyandan mühüm AÇIQLAMA: "Konstitusiyaya dəyişiklik mümkündür"
21 avqust 2025 , 13:11Niyaməddin Orduxanlı ƏHD partiyasının baş katibi oldu
20 avqust 2025 , 18:24
Britaniya Azərbaycanın potensialına inanır – SƏFİR DANIŞDI
20 avqust 2025 , 14:41
Ermənistanın hücumları nəticəsində məcburi köçkün düşmüş şəxslər ifadə verdilər
18 avqust 2025 , 21:13