AP-nın seçkilərdə müşahidəçiliyə dair qərarı sentyabrın 12-də açıqlanacaq
05 sentyabr 2013 19:12 (UTC +04:00)

AP-nın seçkilərdə müşahidəçiliyə dair qərarı sentyabrın 12-də açıqlanacaq

Avropa Parlamenti Azərbaycanda prezident seçkilərini izləmək üçün müşahidə missiyası göndərməyə dair qərarı sentyabrın 12-də qəbul edəcək.


 

APA-nın Avropa Parlamentinin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, AP Prezidentlər Konfransı ilin ikinci yarısında seçkilərin müşahidə olunmasının prioritet hesab olunduğu ölkələrin siyahısını hazırlayıb. Bu prioritetlər sırasında Azərbaycan, Gürcüstan, Honduras, Nepal və Tacikistanda seçkilərin müşahidəsi var. Bu ölkələrə müşahidə missiyasının göndərilib-göndərilməyəcəyi barədə qərar sonra fərdi şəkildə qəbul olunacaq. Azərbaycanla bağlı qərarın sentyabrın 12-də veriləcəyi gözlənilir.

 

Avropa Parlamenti bu il İordaniya, Ermənistan, Keniya, Paraqvay, Pakistan və Malidə seçkiləri izləmək üçün müşahidə missiyaları göndərib.

 

Xatırladaq ki, bundan əvvəl Prezidentlər Konfransının Azərbaycanda seçkiləri müşahidəyə dair qərarı sentyabrın 5-də verəcəyi bildirilirdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 339
avatar

Oxşar yazılar