Bu gün Vətən müharibəsinin başlamasından 4 il ötür.
Lent.az xəbər verir ki, səhər saatlarından başlayaraq Vətən müharibəsi şəhidlərini yad etmək üçün II Fəxri xiyaban ziyarət edilir.
Anım Günü ilə əlaqədar Vətən uğrunda canlarını fəda edənlərin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, eləcə də sadə vətəndaşlar şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq xiyabanı ziyarət edir, məzarları önünə əklil və gül dəstələri qoyurlar.
Qeyd edək ki, 44 gün davam edən Vətən müharibəsi 2020-ci il 27 sentyabr tarixində başlayıb. Nəticədə Azərbaycanın Qarabağ bölgəsi işğaldan azad edilib.
27 Sentyabr şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Azərbaycanda Anım Günü kimi qeyd edilir.