Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq deputat Çingiz Qənizadənin qondarma erməni soyqırımı ilə bağlı "Yeni TV"-də etdiyi çıxışı Türkiyə mediasında da maraqla qarşılanıb.
Lent.az xəbər verir ki, qardaş ölkənin nüfuzlu "Habererk.com" xəbər portalı Çingiz Qənizadənin sözügedən çıxışına geniş yer ayırıb.
Çingiz Qənizadə çıxışında bildirib ki, əslində soyqırım ermənilər tərəfindən Türkiyədə, Qarabağda, Bakıda, Xocalıda bütün dünyanın gözü qarşısında azərbaycanlılara, türklərə və müsəlmanlara qarşı törədilib:
"Nə üçün ABŞ prezidenti Co Bayden 100 il əvvəl heç bir dəlil-sübutu olmayan bir məsələni gündəmə gətirir, amma yaxın tarixdə və bütün dünyanın gözü qarşısında Xocalıda törədilən soyqırımı dilə gətirmək istəmir. Qondarma erməni soyqırımından savayı, Xocalıda erməni vəhşiliyinin görüntüləri var, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın fakt olması göz önündədir. Nə üçün ABŞ, Fransa rəhbərliyi Xocalı soyqırımından danışmaq istəmir? Bütün bunlar bir daha sübut edir ki, Qərb, ABŞ qondarma soyqırım iddiası üzərindən Türkiyə ilə "siyasi alver" etməyə çalışır".
Çingiz Qənizadənin çıxışının tam hissəsi ilə tanış ola bilərsiniz:

Sabiq deputatın çıxışı Türkiyə mediasında - VİDEO
Oxşar yazılar

Səfirliyimizə hücum edən terrorçunun edamını kimlər izləyib?
21 may 2025 , 16:00
İlham Əliyev Macarıstana getdi
20 may 2025 , 14:10
Ermənistanın sistematik etnik təmizləmə siyasətini ifşa edən videolar nümayiş olundu
19 may 2025 , 21:19
Məhkəmədə Ter-Petrosyanın videosu nümayiş etdirildi
19 may 2025 , 15:12
Prezidentdən hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM
19 may 2025 , 14:28
ABŞ Suriya prezidentini məhv etməyi planlaşdırıb - İDDİA
18 may 2025 , 19:50
Ölüm, casusluq və intim FOTOLAR: İsveç Xarici İşlər Nazirliyindəki qalmaqalın qaranlıq TƏFƏRRÜATLARI
18 may 2025 , 14:05