Könüllü hərbi xidmət etmək istəyənlərin qeydiyyatı başladı
11 yanvar 2021 13:27 (UTC +04:00)

Könüllü hərbi xidmət etmək istəyənlərin qeydiyyatı başladı

"Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyən vətəndaşların sənədlərinin qəbuluna başlanılıb".

Lent.az xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. O bildirib ki, vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər:

Bu gündən etibarən Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilərin müraciət və sənədlərinin qəbuluna başlanılıb. Bildiririk ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4014
avatar

Mehman Nəbiyev

Oxşar yazılar