"İndi ön cəbhədə avtomatla dayanmalıyam" –  Saakaşvili
02 oktyabr 2022 11:12 (UTC +04:00)

"İndi ön cəbhədə avtomatla dayanmalıyam" – Saakaşvili

“Mən Gürcüstan və Ukraynanın taleyinin həll olunduğu yerdə olmalıyam”.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bildirib ki, onu daxili siyasi “razborkalar” maraqlandırmır, çünki hazırda dünyada daha mühüm hadisələr cərəyan edir və o, ön planda olmalıdır. O, bu barədə həbsinin ildönümündə açıqlama verib.

“365 gün əsirlikdə. Bu, həm də Gürcüstanın Vətən müharibəsidir ki, ölkəmizin var olub-olmayacağına qərar verilir. Mən sual vermək istəyirəm: “Müasir ordunun yaradıcısı həbsxanadan bu böyük döyüşü necə izləyə bilər?”.

İndi mən gülləkeçirməz jiletdə və pulemyotla ön cəbhədə dayanmalıyam. Ali Baş Komandanın etibarlı adamı və Ukraynanın sıravi vətəndaşı, Gürcüstanın vətənpərvər biri kimi mən Gürcüstanın və Ukraynanın taleyinin həll olunduğu yerdə olmalıyam.

Biz mütləq qalib gələcəyik!... Bunu ilk dəfə Rusiyanın genişmiqyaslı hücumunu yaşayan və sizinlə birlikdə ölkəmizi xilas edən bir baş komandan kimi deyirəm.

Məni Gürcüstanın daxilindəki siyasi ixtilafları qətiyyən maraqlandırmır, dünyada belə bir irimiqyaslı hadisə baş verir, məni tanıyrsınız, Rusiya ilə mübarizəmi. Ya azadlıq, ya ölüm!”, - Saakaşvili “Facebook”da yazıb.
 

# 4440
avatar

Oxşar yazılar