Əvəz Temirxan da deputatlığa namizəd olacaq – Dairəsini AÇIQLADI
16 may 2024 12:33 (UTC +04:00)

Əvəz Temirxan da deputatlığa namizəd olacaq – Dairəsini AÇIQLADI

Hazırda ölkədəki siyasi sahədə gündəm növbədənkənar parlament seçkiləri ilə bağlıdır. Növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı rəsmi qərar isə yoxdur. Ölkənin tanınmış siyasətçiləri və deputatların əksəriyyəti də sosial şəbəkə hesablarında açıq-aşkar şəkildə seçkilərdə iştirak edəcəyini və hətta neçə nömrəli seçki dairəsindən qatılacağını belə açıqlayıblar.

Lent.az-ın əməkdaşı tanınmış siyasətçi, fəaliyyəti dayanmış Azərbaycan Liberal Partiyasının (ALP) keçmiş lideri Əvəz Temirxanın deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini öyrənməyə çalışıb.

Əvəz Temirxan saytımıza açıqlamasında bildirib ki, növbəti parlament seçkilərində öz namizədliyini irəli sürəcək: 

"Ola bilsin ki, 23 saylı seçki dairəsindən qatıldım. Amma hələ ki, heç nə dəqiq deyil".

Qeyd edək ki, 1995-ci ildən 2007-ci ilə qədər Azərbaycan Liberal Partiyası İcraiyyə Komitəsinin sədri, 2003-cü ildən ALP sədrinin 1-ci müavini və ALP sədr əvəzi olub. 12 sentyabr 2010-cu ildə ALP-nin növbəti qurultayında Azərbaycan Liberal Partiyasının sədri seçilib.

Xatırladaq ki, hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsindən Ziyad Səmədzadə deputat seçilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2763
avatar

Arzu Qurbanlı

Oxşar yazılar