Ermənistanda qalmış 26 erməni Xankəndiyə  keçdi - FOTO  - VİDEO
17 yanvar 2023 22:49 (UTC +04:00)

Ermənistanda qalmış 26 erməni Xankəndiyə keçdi - FOTO - VİDEO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Lent.az-ın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

1 minik, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Həmin avtomobillərin içərisində isə 26 erməni (onlardan 19-u uşaq idi) olub.

Həmin şəxslər aksiyadan əvvəl Ermənistana musiqi yarışına gedibmiş.

Rusiya sülhməramlıları onları öz maşınları ilə aksiya ərazisindən keçərək Xankəndi istiqamətinə aparıblar.

Bu, bir daha sübut edir ki yolun bağlı olması, blokada barədə erməni tərəfinin iddiaları əsassızdır. Humanitar yüklərin və mülki şəxslərin Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən keçidi üçün heç bir maneə yoxdur.

# 3186
avatar

Oxşar yazılar