ChatGPT-yə yazdırılan pəhriz menyusuna  130 dollar ödədi: Azərbaycanlı aparıcı OD PÜSKÜRDÜ
09 iyul 2025 13:30 (UTC +04:00)

ChatGPT-yə yazdırılan pəhriz menyusuna 130 dollar ödədi: Azərbaycanlı aparıcı OD PÜSKÜRDÜ

“Aylıq 130 dollar pəhriz proqramı üçün ödəniş etdim, sonra öyrəndim ki, ChatGPT hazırlayıbmış”.

Lent.az xəbər verir ki, bu sözləri əvvəllər aparıcı kimi fəaliyyət göstərən, indi isə ABŞ-də yaşayan Günel Musəvi (Günel Krişnan) instaqram hesabında paylaşıb.

G.Musəvi tanışının dələduzluğu ilə qarşılaşdığını vurğulayıb:

“Adətən anti-reklamla məşğul olmuram, amma istəmirəm kimsə mənim kimi aldadılsın. Biz Kamranla (Kamran Rəsulzadə) universitetdən tanış idik. Mən arıqlamaq, o, isə biznesini qurmaq istəyirdi. Düşündüm ki, bir-birimizi dəstəkləyirik. O, mənə dedi ki, həkimlər və dietoloqlarla işləyirəm, hər şey fərdi şəkildə hazırlanır. Pulumu göndərdim, analizlərimi paylaşdım, nəticədə isə ChatGPT (Süni İntellekt) ilə hazırlanan qrafik və pəhriz planı… Bütün komanda süni intellekt imiş”,-deyə bildirib.

Qeyd edək ki, Günel Musəvi bu pəhriz proqramı üçün aylıq 130 dollar ödəniş edib.

ğ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar