Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
09 iyul 2025 15:27 (UTC +04:00)

Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM

Rusiyanın Yekaterinburq şəhərində həbs edilən azərbaycanlı Səfərov qardaşlarına yeni ittiham irəli sürülə bilər. Belə ki, onların iş adamının avtomobilinin yandırılmasında əli olduğu haqda xəbərlər yayılıb. Təfərrüatları təhlükəsizlik qurumundakı mənbə yerli mediaya açıqlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, mənbənin sözlərinə görə, hadisə 2020-ci il noyabrın 20-nə keçən gecə Kirovski rayonunda baş verib. Maskalı şəxslər “Toyota Land Cruiser” markalı avtomobilin üzərinə benzin tökərək yandırıblar. Ertəsi gün polis Cinayət Məcəlləsinin 167-ci maddəsinin 2-ci hissəsi ilə “Əmlakı qəsdən məhv etmə və ya zədələmə” ilə cinayət işi açıb.

“Polis şöbəsində zərərçəkmiş biznesmen dərhal bildirdi ki, cinayətdə Səfərovların əli ola bilər. Onlarla uzun müddətdir davam edən münaqişəsi olub. Əvvəllər də onları saxta spirtli içkilər satdıqları üçün şikayət etmişdi”, — deyə mənbə bildirib.

Zərər 1,8 milyon rubldan çox olub. Amma cinayət işinin üstü hələ açılmayıb. Həbsdə olan Səfərov qardaşlarının vəkili ilə əlaqə saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, iyunun 27-də səhər Yekaterinburqda 50-dən çox azərbaycanlı saxlanılıb. Əməliyyat zamanı Səfərov qardaşlarından ikisi ölüb. Onlar 24 il əvvəl kafedə Yunus Paşayevi öldürməkdə şübhəli bilinirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1556

Oxşar yazılar

İçərisində 20 ton saqqız  olan TIR belə qarət olundu

İçərisində 20 ton saqqız olan TIR belə qarət olundu

12 iyul 2025 , 11:46
Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

Polşada azərbaycanlıların yaşadığı hostelə BASQIN

12 iyul 2025 , 11:08
Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə  öldü

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü

12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT:  azərbaycanlıların malları əllərindən alındı

Rusiyada aeroportda ƏMƏLİYYAT: azərbaycanlıların malları əllərindən alındı

12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki

Nadir Yalçına ağır itki

12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu

İsmayıllıda zəlzələ oldu

12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi

İctimai fəal Anar Abdullayev həbs edildi

12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar

Şirvanda 23 yaşlı gənci bıçaqladılar

11 iyul 2025 , 21:25