"Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay) barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat daxil olub.
Lent.az-ın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində təqdimata baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Məmməd Məmmədzadə barəsində olan həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, Məmməd Məmmədzadə bu ilin mart ayında saxlanılıb və Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.