Elman Rəfiyev
09 iyul 2025 12:32 (UTC +04:00)

Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev işdən çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, bir müddət əvvəl tutduğu vəzifədən kənarlaşıb. 

Mədəniyyət Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyiblər.

Bildirildi ki, Elman Rəfiyev bir müddət əvvəl öz xahişi ilə ərizə yazaraq işdən ayrılıb. 

Qeyd edək ki, Elman Rəfiyev 2009-cu ildən Dövlət Pantomima Teatrının direktoru postunu tutub.

Bir neçə il əvvəl teatrın dövlətə 150 min manatdan çox vergi borcunun olması barədə xəbərlər yayıldı.

Bundan sonra Elman Rəfiyevin ölkədən çıxışına da qadağa qoyulmuşdu.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2000

Oxşar yazılar