Qrup yoldaşlarının məzun gecəsi üçün yığdıqları pulu götürüb yoxa çıxdı
09 iyul 2025 10:29 (UTC +04:00)

Qrup yoldaşlarının məzun gecəsi üçün yığdıqları pulu götürüb yoxa çıxdı

Rusiyanın Sankt-Peterburq şəhərində bir tələbə digər yoldaşlarına qarşı dələduzluq edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Pediatriya Universitetinin 6-cı kurs tələbələrinin iyulun 12-nə planlaşdırılan buraxılışı ləğv edili. Buna səbəb tələbələrdən birinin şənlik üçün yığılan 7 milyon rublla birlikdə yoxa çıxmasıdır. 

Təxminən 400 tələbə məzuniyyətin təşkili üçün hər biri 18 min rubl verib. Pul hər qrupdakı məsul şəxslər vasitəsilə köçürülüb və sonda təşəbbüs qrupunun tərkibində olan tələbələrdən birinə keçib.

Qrup yoldaşlarının dediyinə görə, tələbə qız qəflətən 5 milyon rubla yaxın pulun “itdiyini” deyib. Əvvəlcə o, bankomat vasitəsilə pul köçürərkən texniki nasazlıqlar olduğunu bildirib. Sonra zənglərə cavab verməyib.

Valideynlər və tələbələr polisə müraciət edərək hadisə ilə bağlı universitet rəhbərliyinə məlumat veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422

Oxşar yazılar