"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi
09 iyul 2025 10:58 (UTC +04:00)

"Real"ın təyyarəsi saatlarla aeroporta enə bilmədi

“Real Madrid”in təyyarəsi şiddətli fırtına səbəbindən bir neçə saat Nyuark hava limanına enə bilməyib.

Lent.az xəbər verir ki, təyyarəyə iki saat eniş icazəsi verilmədiyi üçün Madrid klubu baş məşqçi Xabi Alonsonun mətbuat konfransının ləğvini istəyib. Hətta Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) da məsələyə müdaxilə edərək, kömək etməyə və təyyarənin tez bir zamanda enişinə əmin olmağa çalışıb.

İyulun 9-da “Real” klublararası dünya çempionatının yarımfinalında Parisin PSJ-si ilə qarşılaşacaq. Bu görüşün qalibi finadla “Çelsi” ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 761

Oxşar yazılar