Salat – yay mətbəxinin əvəzolunmaz məhsullarından biridir. Lakin bir çox insanı narahat edən məsələ – salat yarpaqlarının soyuducuda tez solması və ya islanmasıdır, hətta istifadə etməyə macal tapmamış belə. Az adam bilir ki, salatın da bir çox meyvə və tərəvəzlər kimi mühafizəedici təbii qoruyucu təbəqəsi var.
Lent.az bildirir ki, salatı sadəcə soyuducuya qoymaq onu daha tez korlaya bilər.
Əgər salatı yuyub örtmədən saxlasanız, o yüksək su tərkibinə görə ya tez quruyacaq, ya da həddindən artıq islanaraq sürüşkən və kifli olacaq. Amma məşhur yemək eksperti və 5 kulinariya kitabının müəllifi Laura Fuentes deyir ki, salatın təravətini qorumaq əslində çox sadədir.
Salatın soyuducuda solmasının qarşısını necə almaq olar?
Salatı yumaq üçün sirkə və su qarışığı istifadə edin. Ən yaxşısı – yaşıl yarpaqlar üçün xüsusi mərkəzdənqaçma qurğusu (salat fırladıcı) ilə yumaqdır. Salatı qarışımda fırladın, bir neçə dəqiqə saxlayın, sonra yaxşıca durulayın. Bu addım ilk baxışdan qeyri-adi görünsə də, salat yarpaqları üzərindəki bakteriyalar və çirk kifin yaranmasını sürətləndirə bilər.
Ağ sirkə, adətən salat souslarında da istifadə olunur, tərkibindəki sirkə turşusu sayəsində antimikrob təsirə malikdir və zərərli mikroorqanizmləri məhv edir. Bu isə salatın daha uzun müddət təzə qalmasına kömək edir.
Sadə resept:
1 hissə ağ sirkə
3 hissə soyuq su
Salat yarpaqlarını bu qarışımda təxminən 3 dəqiqə saxlayın. 5 dəqiqədən çox saxlamaq olmaz, əks halda sirkə dadı qala bilər. Sonra salatı salat fırladıcıda qurudun və ya təmiz dəsmal üzərinə düzərək yumşaq şəkildə qurulayın.
Vacibdir: Quruluq əsas şərtdir
Salatı soyuducuya qoymazdan əvvəl mütləq tam qurudun. Çünki artıq nəmlik onun tez xarab olmasına səbəb olur.
Saxlama üsulu
Kip bağlanan paketdə və ya
Qapaqlı konteynerdə saxlayın,
İçinə kağız dəsmal qoyun – bu artıq nəmi özünə çəkəcək. Bu üsul sayəsində su tərkibi yüksək olan salat 10–14 gün ərzində təravətli qala bilər.