Bakıda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisində qeydə alınıb.
29 yaşlı Mirzəfəddin Süleymanovun idarə etdiyi “Yamaha” markalı motosiklet yol kənarında dayanmış “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə motosikletçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Mirzəfəddin Süleymanov kuryerlik edirmiş.