Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı -  VİDEO
02 sentyabr 2021 14:12 (UTC +04:00)

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı - VİDEO

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək.

İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.

Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başladı

# 2562
avatar

Oxşar yazılar