Mina təmizləyən əsgər
24 dekabr 2020 18:09 (UTC +04:00)

Mina təmizləyən əsgər

Azad olunan yerlərdə ordumuzun təminatı üçün işlər görülür - FOTO-VİDEO

Azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər görülür.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, mühəndis qoşunlarının bölmələri avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yolları bərpa edir və minalardan təmizləyir.

Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra olunur. Eyni zamanda əkin sahələri də minalardan təmizlənib və ilk əkin işlərinə başlanılıb.

Bundan əlavə partlamamış mərmilərin, minaların aşkar olunması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Mühəndis qoşunları əraziləri minadan təmizləməyə başlayıb

# 1365
avatar

Mehman Nəbiyev

Oxşar yazılar