“Fələstin Qarabağ məsələsində Azərbaycanı dəstəkləyir”
“Bizim Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyimiz açıqdır. Biz Azərbaycanı dəstəkləyirik. Bu münaqişə beynəlxalq hüquq və BMT-nin qəbul etdiyi qətnamələr əsasında həll olunmalıdır”.
APA-nın xəbərinə görə, bunu Fələstinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhman deyib. “Biz istəyirik ki, problem sülh yolu ilə həll olunsun. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli üçün səylərini artırmalıdır. Problem sülh yolu ilə həll edilməli, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar”.
Səfir Azərbaycanla Fələstin arasında ikitərəfli əlaqələrin inkişafının tərəfdarı olduqlarını da vurğulayıb: “Fələstin Azərbaycanla ticarət sahəsində əməkdaşlığın inkişaf etdirməkdə maraqlıdır. Təəssüf ki, Fələstinin işğalına görə, bu əlaqələr məhdud xarakter daşıyır”.
Diplomat onu da deyib ki, Fələstin Azərbaycanla tələbə mübadiləsi aparılmasının da tərəfdarıdır.

Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29