Prezident KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqda fərman imzaladı
Azərbaycan Prezidenti İlham Əliyev Kütləvi İnformasiya Vasitələrinin İnkişafina Dövlət Dəstəyi Fondunun yaradılması haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fərmanla “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə” təsdiq edilib.
Fərmana uyğun olaraq, Nazirlər Kabinetinə:
- Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təşkili üçün müvafiq yerin ayrılmasını və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etmək;
- bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xərclər smetasını, ştat cədvəlini, işçilərinin say həddini və aylıq vəzifə maaşlarını müəyyən etmək;
- hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədi ilə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etmək;
- bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Prezidentin Administrasiyasına tapşırılıb və Mətbuat Şurasına tövsiyə olunub ki, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə namizədlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin.
Ədliyyə Nazirliyinə tapşırılıb ki, 15 gün müddətində KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dövlət qeydiyyatına alınmasını təmin etsin.
Fərman aprelin 3- dən qüvvəyə minir.

1773