“Nəyin bahasına olursa-olsub blok yaratmaq niyyətində deyilik”
Müsavat Məclisinin bugünkü iclasında partiyanın deputatlığa namizədlərinin siyahısı müzakirəyə çıxarılıb.
APA-nın xəbərinə görə, müzakirələrdə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, AXCP ilə blok yaratmaqdan ötrü Müsavat bir sıra dairələrdə namizədlərini güzəştə gedə bilər: “Amma müsavatçı deputatların və rəhbərliyə daxil olan şəxslərin dairəsində heç bir güzəşt ola bilməz”.
Bununla belə, A.Hacılı nəyin bahasına olursa-olsun, blok yaratmaq fikrində olmadıqlarını da qeyd edib: “Əgər AXCP ilə blok yaratmaq mümkün olmasa, Müsavat bu gün Məclisdə təsdiq olunacaq siyahı ilə seçkiyə gedəcək”.
Müzakirələrdən sonra Müsavat Partiyasının deputatlığa namizədlər siyahısı təsdiqlənib. Siyahıda 100-dən artıq namizədin adı var. Bundan başqa, əldə olunan razılığa əsasən Müsavat 7 dairədə Demokratiya Uğrunda İttifaqın namizədlərini müdafiə edəcək.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04