Medvedyevin Azərbaycana səfəri başlayıb
APA-nın məlumatına görə, Saratovda Dövlət Şurası Prezidiumunun fövqəladə toplantısını keçirən Rusiya prezidenti daha sonra xüsusi təyyarə ilə Azərbaycan paytaxtına gəlib.
Qeyd edək ki, iki gün davam edəcək səfər çərçivəsində iki ölkə arasında iqtisadi-ticari əməkdaşlıq və Xəzər dənizində qarşılıqlı fəaliyyət məsələləri müzakirə ediləcək. Səfərin yekununda dövlət sərhədi haqqında müqavilə və Samur transsərhəd çayının su resurslarının rasional istifadəsi və mühafizəsinə dair hökumətlərarası saziş imzalanması gözlənilir. İmzalanacaq müqavilə əsasında Rusiya və Azərbaycanın dövlət sərhədi dəqiqləşəcək. Azərbaycan ilk belə müqaviləni Rusiya ilə imzalamış olacaq. Azərbaycan və Rusiya prezidentləri beynəlxalq məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, həmçinin Xəzərdə beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədirlər. Səfərin ilk günü Dmitri Medvedyev Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək. Bu gün Rusiya dövlət başçısı həmçinin Azərbaycan prezidenti İlham Əliyevin adından verilən rəsmi şam yeməyinə də qatılacaq.
Sabah Bakıda əvvəlcə prezidentlər səviyyəsində, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlayacaq. Danışıqlardan sonra sənədlərin imzalanması nəzərdə tutulur. ARDNŞ ilə “Qazprom” arasında Rusiya holdinqinin 2011-2012-ci illərdə Azərbaycandan satın aldığı mavi yanacağın həcminin artırılmasını nəzərdə tutan əlavə saziş imzalanması gözlənilir.
Dmitri Medvedyev səfər çərçivəsində Bakı Dövlət Universitetinin müəllim-tələbə heyəti ilə də görüşəcək. Rusiya prezidenti bu universitetin fəxri doktorluq diplomu ilə təltif olunacaq.
Rusiya prezidentini səfərdə köməkçisi Sergey Prixodko, baş nazirin müavini, prezidentinin Şimali Qafqaz Federal Dairəsində səlahiyyətli nümayəndəsi Aleksandr Xloponin, xarici işlər naziri Sergey Lavrov, energetika naziri Sergey Şmatko, bir sıra regionları rəhbərləri, o cümlədən Dağıstan və İnquşetiya prezidentləri, həmçinin Rusiya biznesinin nümayəndələri, “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller müşayiət edirlər.

Oxşar yazılar

Əfv Komissiyasının iclası keçirildi
27 fevral 2025 , 17:13
"Qeyri-ənənəvi oriyentasiyalı gənclərdən istifadə olunur" - Ədalət Vəliyev
27 fevral 2025 , 15:22
Azərbaycanda partiyalar üçün 29 təmirli ofis ayrılıb
27 fevral 2025 , 14:41
Dövlət Komissiyası: "İtkin düşən 59 şəhidin qalıqları ailələrinə verilib" - MÜSAHİBƏ
27 fevral 2025 , 11:26
Tofiq Zülfüqarovdan ağır İTTİHAM: Məmmədyarov cinayətə yol verib
26 fevral 2025 , 18:29
"Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir?" - Artur Rasizadə OD PÜSKÜRDÜ
26 fevral 2025 , 17:33
“Azərbaycan-Pakistan əməkdaşlığı sülh və təhlükəsizliyə töhfə verir” - Nigar Məmmədova
26 fevral 2025 , 17:30