QMİ açıqlama verdi: “Şeyxə yalan məlumat verilib”
03 may 2010 17:45 (UTC +04:00)

QMİ açıqlama verdi: “Şeyxə yalan məlumat verilib”

“II Qaragin Şəhidlər Xiyabanına getməyib”

“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə təəssüf edir ki, erməni dini liderini Azərbaycan tərəfindən müşayiət edən şəxslərin ona verdikləri qeyri-dəqiq informasiya səbəbindən anlaşılmazlıq yaranıb”.


Lent.az-ın xəbərinə görə, bu barədə QMİ mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir. Açıqlamada bildirilib ki, sonrakı dəqiqləşmələrdən Qaragin və onu müşayiət edən şəxslər Şəhidlər Xiyabanında olmadyığı aydın olub.


QMİ bəyan edir ki, düzgün olmayan informasiyan verənlər artıq cəzalandırılıblar.

Qeyd edək ki, Şeyxülislam A.Paşazadə ANS TV-yə müsahibəsində Dini Liderlərin Ümumdünya Sammiti çərçivəsində Bakıda səfərdə olmuş bütün ermənilərin katolikosu II Qareginin Şəhidlər Xiyabanını da ziyarət etdiyini bildirib. “Bütün ermənilərin katolikosu II Qareginə dedim ki, gedin, görün, Azərbaycanda bir şəhidlərə baxın, Qarabağda həlak olan şəhidlərin, orada uyuyan oğulların məzarına baxın. Onlar Şəhidlər Xiyabanına gecə ilə getmişdilər, adamlar olmayan vaxtda gedib baxmışdılar. Həqiqətən də ordakı mənzərədən çox təsirlənmişdilər” – deyə, o əlavə edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar