Yemişi günün hansı saatında yemək lazımdır?  
26 iyun 2022 09:40 (UTC +04:00)

Yemişi günün hansı saatında yemək lazımdır?  

Yayın ən sevimli, əvəzolunmaz qidalarından biri də yemişdir. Yemişi xoşlamayan çətin tapılar yəqin ki. Çoxlarının sevimlisi olsa da, yemişin çoxsaylı faydaları haqda yetərincə məlumatlı olanlar azdır.

Lent.az yemişin faydaları barədə məlumatları təqdim edir:

Yemiş bir çox orqanlara, orqanlar sisteminə faydalıdır. Onun faydalarını saymaqla bitməz. Yemiş gözləri qoruyur, hamilə qalmağa yardım edir, immun sistemini gücləndirir. Artıq çəkidən əziyyət çəkənlər diet proqramlarında yemişə yer verə bilərlər. Az kalorili, liflərlə zəngin olan yemiş bağırsaqların da dostu hesab olunur.

Bir porsiya (150 qram) yemişdə 1,5 qram lif var. Liflərlə zəngin olduğuna görə bağırsaqların fəaliyyətinə  faydası böyükdür.

Yemişi səhər yeməyində yemək tövsiyə edilir. Az kalorili olsa da, liflə zəngin olduğuna görə, uzun zaman tox saxlayır.

A vitamini ilə zəngin olan yemişin göz sağlamlığına çox böyük təsiri var, hətta katarakta yaranmasının qarşısını ala bilir.

Yemişdə olan karbohidratın da sağlamlıq üçün hər hansı ziyanının olmadığı bildirilir.

Amma buna baxmayaraq, hesab olunur ki, şəkərli diabet xəstələri yemişi həkimlə məsləhətləşəndən sonra yeyə bilərlər.

Bütün qidalar kimi yemişin də qəbul olunmasının qədəri olmalıdır. İdmanla məşğul olanlar, artıq kilodan əziyyət çəkənlər bir dəfəyə gündə 150 qramdan çox yemiş yeməməlidir...

# 2619
avatar

Oxşar yazılar

Xərçəngin müalicəsi üçün yeni üsul tapıldı

Xərçəngin müalicəsi üçün yeni üsul tapıldı

24 aprel 2024 , 12:31
Növbəti  pandemiyaya   səbəb ola biləcək  virusun adı   AÇIQLANDI

Növbəti pandemiyaya səbəb ola biləcək virusun adı AÇIQLANDI

23 aprel 2024 , 18:04
Xərçəngdən qorunmağın  sadə yolu

Xərçəngdən qorunmağın sadə yolu

23 aprel 2024 , 17:53
Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

Bu 6 tərəvəzi çiy yeyin, yoxsa...

23 aprel 2024 , 11:25
Bu pis vərdişlər  diş daşının yaranmasına səbəb olur

Bu pis vərdişlər diş daşının yaranmasına səbəb olur

23 aprel 2024 , 10:52
Ömrü uzadan  vərdişlər açıqlandı

Ömrü uzadan vərdişlər açıqlandı

23 aprel 2024 , 10:30
Pendirdən imtina etməyin 4 əsas səbəbi

Pendirdən imtina etməyin 4 əsas səbəbi

23 aprel 2024 , 10:08
Xərçəng riskini  45 faiz azaldan   məhsul 

Xərçəng riskini 45 faiz azaldan məhsul 

23 aprel 2024 , 09:09