Yaddaş şikayətinə təbii çarələr
11 dekabr 2023 09:56 (UTC +04:00)

Yaddaş şikayətinə təbii çarələr

 Unutqanlıq – müxtəlif yaşlarda, müxtəlif səbəblərdən yarana bilən bir vəziyyətdir. Biz unutqanlıq dedikdə əslində əqli fakültələrdəki bütün idrak funksiyalarını nəzərdə tuturuq.

Aşağı yaş qruplarında, xüsusilə gənclərdə kəllə-beyin travmalarından sonra (xüsusilə də yol-nəqliyyat hadisələri, idman zədələri və s. sonra) əqli fakültələrdə, yəni gənc yaşlarda yaranan problemlərdən biri olan koqnitiv funksiyalarda ciddi problemlər ortaya çıxa bilər.

Unutqanlığa qarşı təbii tövsiyələr nədən və nələrdən ibarətdir?

Lent.az xarici KİV-ə istinadən bir neçə tövsiyəni təqdim edir:

Adaçayı çoxlu beyin faydaları olan bir yaddaş bitkisidir. Kəskin qoxusu ilə tanınan ədviyyat kimi adaçayı idrak və nevroloji funksiyaları yaxşılaşdıra və Alzheimer xəstəliyinin müalicəsinə kömək edə bilir.

Sarıkök uzun müddətdir Ayurveda təbabətində istifadə edilən bir ədviyyatdır. Tərkibində beyinə və ümumi sağlamlığa fayda verən kurkumin (curcumin) adlı birləşmə var. Sarıkök beyni təmizləyərək sağlamlığını gücləndirə və Alzheimer xəstəliyinin qarşısını ala bilir. Bundan əlavə, sarıkök beyindəki sinir hüceyrələrinin parçalanmasının qarşısını alaraq sağlamlığı qoruyur.

Keşniş və zirəni özündə birləşdirən sarıkökün qəbulunu artırmaq üçün onu qızardılmış yeməklərə, şorbalara və tərəvəzli xörəklərə əlavə edin. Sarıkökün daha yaxşı həll olması üçün ona bir neçə çimdik qara bibər də vurun.

Qinkqo biloba (Ginkgo Biloba) uzun müddət demansın müalicəsi üçün istifadə edilən, ənənəvi Çin təbabətində geniş istifadə edilən bir bitkidir. Qan dövranını stimullaşdırır, beyinə qan axınını təşviq etməklə funksiyasını yaxşılaşdırmağa yardımçı olur.

Jenşen yaddaş itkisinin qarşısını almaq və yaşa bağlı unutqanlığı azaltmaq potensialına malik yaddaş üçün ən yaxşı bitkilərdən biridir.

Limon və ya melissa çayı adlanan bitki çay şəklində qəbul edilir, narahatlıq və yuxusuzluğu aradan qaldırır, beyin funksiyasını yaxşılaşdırır, yaddaş itkisinə əngəl olur.

Yaşıl çay demək olar ki, bir çox xəstəliyin müalicəsində istifadə edilir və unutqanlığa qarşı da xeyli faydalıdır.

Nar şirəsi daim unutqanlıqdan əziyyət çəkənlərə daha çox xeyirlidir. Belə ki, malicəvi su olan nar şirəsi beyin hüceyrələrini qoruyur, bərpa edir, bu sayədə yaddaşsızlığa səbəb olan faktorları aradan qaldırır.

Pomidor tərkibindəki çoxlu miqdarda likopen ilə yaddaşı bütün mənfi təsirlərdən qoruyur, bədəni sərbəst radikallardan təmizləyə bilir, beyin funksiyasını yaxşılaşdırır, yaddaşı gücləndirir.

Qaragilə həm yaddaşı artırır, həm zehni yaxşılaşdırır, həm də beyni hər cür stressdən qoruyur.

İspanaq dəmirlə zəngin qidalardan biridir. Tərkibindəki fol turşusu yaddaşı gücləndirir və onu tər saxlayır.

Qoz tərkibindəki omeqa-3 yağ turşuları sayəsində unutqanlığın qarşısını alır, ona görə gündə 1 ovucdan çox olmamaqla qoz və fındıq yemək lazımdır.

Darçın təkcə qoxusu ilə belə yaddaşı gücləndirə bilən, müsbət təsir edən, zehni rahatlaşdıran və konsentrasiyanı artıran möcüzəli bitkilərdən biridir. Tərkibində çoxlu minerallar var. Darçın tozunu bəzi yeməklərə səpmək, bəzilərinin içinə qatmaq, çubuqları ilə isə ləzzətli çay dəmləmək mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Fidan İlqar

Oxşar yazılar