Xərçəng  üzərində qələbə   - Yeni peyvəndin  təsiri   hamını ŞOKA saldı
30 noyabr 2023 18:59 (UTC +04:00)

Xərçəng üzərində qələbə - Yeni peyvəndin təsiri hamını ŞOKA saldı

Türkiyənin BioNTech şirkətinin alimləri xərçəng peyvəndi sınaqlarının uğurla nəticələndiyini bildiriblər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, yeni preparatın bir neçə nümunəsi  tezliklə bu xəstəliyin müalicəsində böyük sensasiya yaradacaq gücə malikdir.

Mütəxəssislər bir neçə nümunədən istifadə etsələr də, onlardan biri daha uğurlu nəticə göstərib.

BioNTech şirkətinin rəhbəri Uğur Şahin bildirib ki, şirkət 2025-2029-cu illərdə daha böyük nəticələr nümayiş etdirməyi planlaşdırır.

“Biz pasientdə yaranmış şişdən və qandan nümunə götürürük. 4 həftə sonra fərdi peyvənd hazırlayıb tətbiq edirik. Biz bu vaksini  il ərzində 100 yox, on minlərlə insan üzərində tətbiq edəcəyik. Belə yanaşma zamanı immun sistemi məqsədyönlü şəkildə orqanizmdəki bədxassəli şişləri tapıb məhv edəcək”,- o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5967
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar