Alimlər uşaqların daha sürətli böyüməsi üçün hansı qidaları yeməli olduqlarını açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, uşağın böyümə sürəti 80% onun genetikası ilə müəyyən edilir, lakin bu prosesi sürətləndirmək olar.
Fiziki məşq və düzgün qidalanma uşağınızın böyüməsini sürətləndirəcək. Mütəxəssislər izah edirlər ki, böyümə sürəti çox vaxt müəyyən hormonların, xüsusən də "böyümə hormonu" adlanan somatotropinin konsentrasiyasından asılıdır. Bəzi qidalar hormona təsir edə bilər.
Sent-Luis Vaşinqton Universitetinin mütəxəssisləri uşağın sürətlə böyüməsi üçün lazım olan qidaların siyahısını hazırlayıblar. Onlar yumurtanı ən sağlamı hesab edirlər. Mütəxəssislər valideynləri həftədə ən azı 3-4 dəfə uşaqlarının qida rasionuna daxil etməyə çağırır.
Eyni zamanda alimlər qeyd ediblər ki, əgər valideynlər onların keyfiyyətinə əmindirlərsə və körpənin heç bir əks göstərişi yoxdursa, hətta bir yaşa qədər uşaqlara da yumurta verilə bilər. Mütəxəssislər 9 aylıq körpələr üzərində də təcrübə aparıblar. Onlar iki eyni qrupa bölünüblər. Bir qrupa 6 ay ərzində hər gün bir yumurta verilib, digəri nəzarət qrupu idi və bu müddət ərzində onlara yumurta verilməyib. Nəhayət, yumurta yeyən uşaqlarda böyümə geriliyi 47% müşahidə olunub.