"Sputnik V" peyvəndi Türkiyədə istehsal olunacaq
27 aprel 2021 10:09 (UTC +04:00)

"Sputnik V" peyvəndi Türkiyədə istehsal olunacaq

Rusiya Birbaşa İnvestisiya Fondu ilə Türkiyədəki əczaçılıq şirkətlərindən biri "Sputnik V" peyvəndinin Türkiyədə istehsal olunması barədə razılaşıb.

Lent.az TRT-yə istinadən bildirir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun mövzu ilə əlaqədar verdiyi açıqlamada "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün şirkətlərdən birilə razılıq əldə olunduğu bildirilib.

Əczaçılıq şirkətinin gələn aylarda Türkiyənin bir çox obyektində istehsalata başlamağı hədəf aldığına diqqət çəkilib.

"Sputnik V" peyvəndi Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi vaksindir.
Bu ilin əvvəlində "The Lancet" jurnalı peyvəndin effektivliyinin 91,6 faiz olduğunu bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2628
avatar

Oxşar yazılar