Sızanaq əleyhinə spreyi özünüz hazırlayın -  RESEPT
21 sentyabr 2021 19:54 (UTC +04:00)

Sızanaq əleyhinə spreyi özünüz hazırlayın - RESEPT

Sızanaqlı dərisi olanlar bu problem ilə mübarizə aparmağın nə qədər çətin olduğunu bilirlər. Sızanaqla mübarizə üçün gecə -gündüz dərinizə qulluq etməli və dərinizi hər zaman təmiz saxlamalısınız. Dəriyə qulluq məhsullarından asılı olaraq yaşamaq həm cibə, həm də bədənə zərər verə bilər. Bəs, nə etməli?

Sızanaqlı dəri ilə mübarizə aparmaq üçün lazım olan spreyi evdə özümüz hazırlaya bilərik.

Lent.az həmin spreyin reseptini təqdim edir:

Bu tonik üçün sizə lazım olanlar:

Kiçik bir sprey şüşəsi

Çay ağacı yağı

Jojoba yağı

Lavanda yağı

Qızılgül suyu

Çay ağacı yağı antibakterial və göbələk əleyhinə xüsusiyyətləri ilə sızanaq izlərinizi müalicə edəcək və dərinizi tənzimləyəcək. Jojoba yağı dərinin qıcıqlanmasının qarşısını alacaq. Lavanda yağı mikrob öldürmə xüsusiyyəti ilə dərini qidalandırır. Gül suyu dərinizi həm nəmləndirir, həm də qidalandırır.

Necə hazırlanır?

Sprey şüşəsinə 60 ml gül suyu tökün. Sonra çay ağacı, jojoba və lavanda yağlarıdan hər birindən 5 damcı olaraq əlavə edin. Hər istifadə etməzdən əvvəl yaxşıca çalxalayın və bütün üzünüzə səpin. Bir qədər gözləyin ki, dərinizə hopsun. Bunu gecə etsəniz, yatan zaman dəriniz öz işini görəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar