"Eqzema - dəridə müxtəlif kimyəvi maddələrin, o cümlədən fiziki faktorların təsiri nəticəsində yaranan allerqik dəyişikliklərdir".
Bu fikirləri Lent.az-a açıqlamasıda həkim dermatoveneroloq - kosmetoloq Elnur Kazımova bildirib.
Həkim qeyd edir ki, bu zaman dəridə kəskin qaşıma, şişkinlik, sulu qovucuqlar yaranır:
"Ya da quru qabarcıqlar, quru çatlar, dəri səthinin soyulması müşahidə olunur. Adətən bu, "kontakt seborik dermatit" də adlanır. Vitamin çatışmamazlığından da yaranır. Payız, yaz aylarında kəskinləşir".