Qan azlığını aradan qaldıracaq qidalar - SİYAHI
13 avqust 2021 18:23 (UTC +04:00)

Qan azlığını aradan qaldıracaq qidalar - SİYAHI

İnsanların bir çoxu qan azlığından-anemiyadan əziyyət çəkir. Anemiya qandakı qırmızı hüceyrələrin azalmasıdır. Qan azlığı bütün yaşlarda rast gəlinir. Hamilə qadınlarda və uşaqlarda daha sıx görülür. İnsanların balanslı qidalanmaması nəticəsində yaranan dəmir əskikliyi anemiyaya gətirib çıxarır.

Lent.az sizə qan azlığını aradan qaldıracaq qidaları təqdim edir:

Çuğundur, qan artıran ən faydalı qidalar arasında ilk sıralarda gəlir. Çuğunduru çiy və ya bişmiş halda yemək çox faydalıdır.

Yaşıl rəngli tərəvəzlər də qan azlığını aradan qaldıran əsas qidalar arasındadır. İspanaq, brokoli, göyərti kimi tərəvəzlər də qanın artmasına kömək edir.

Qırmızı ət, yumurta, pendir, bal və qaraciyər B12 vitamini baxımından çox zəngindir. Bunların içində olan qaraciyər tam bir dəmir mənbəyidir. Xalq təbiri ilə desək, orqanizmdə yaxşı qan yaradır.

Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qan azlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə üçün paxlalı bitkilər, qoz, fındıq, yumurta sarısı yeyə bilərsiniz.

B12 ilə zəngin olan qabıqlı dəniz məhsulları həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qan azlığına qarşı effektiv qidalardır.

Qara çay, kofe, kakao, nanə, bir sıra ədviyyat və bitki çaylarının tərkibində olan polifenol birləşmələr dəmirin orqanizmdə sorulmasını azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra içmək lazımdır.

Son olaraq, mütəxəssislər qanazlığına qarşı ən yaxşı təsir göstərən dərmanın təbii meyvə suyu olduğunu açıqlayıb.


Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5064
avatar

Oxşar yazılar