Piylənmədən qoruyan gen aşkar edildi
09 dekabr 2023 07:29 (UTC +04:00)

Piylənmədən qoruyan gen aşkar edildi

ABŞ-nin Kornell Universitetinin biotibbi tədqiqatlar şöbəsinin alimləri GIP geninin xüsusi variantının daşıyıcılarında çəkinin artmasına meyilliliyin azalmasını aşkarlayıblar.

Lent.az xəbər verir ki, tədqiqatın nəticələri “Molecular Metabolism” jurnalında dərc olunub. Laboratoriya siçanları üzərində aparılan eksperiment göstərib ki, GIP geninin Q354 variantı piylənmənin inkişafının daha aşağı riski və artıq çəkinin əmələ gəlməsi ilə bağlıdır.

Tədqiqatçılar CRISPR-Cas9 texnologiyasından GIP reseptorunu kodlaşdıran gendən siçanların üzərində istifadə ediblər. Aşkarlanıb ki, orqanizmdə Q354 variantının daşınması zamanı qanda şəkərin miqdarına nəzarət edən və orqanizmə qidanın enerjiyə çevrilməsinə yardım göstərən insulinin yaranma prosesi daha effektiv gedir.

GIP reseptorunun variantı hüceyrə daxilində digərlərinə nisbətən dörd dəfə artıq müddətə qalır. Bu isə ona artıq miqdarda şəkərin emalı və orqanizmdən çıxarılmasının zəruriliyi barədə daha çox məlumat göndərmək imkanı verir. Bu cür xüsusiyyət daşıyıcılara şirin və yüksəkkalorili ərzaqların istifadəsi zamanı qlükozanın hamısını piyə çevirməməyə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2907
avatar

Oxşar yazılar

Bu giləmeyvə insanı xərçəngdən  qoruyur

Bu giləmeyvə insanı xərçəngdən qoruyur

27 iyul 2024 , 11:17
Hansı tərəvəzləri çiy yemək  olmaz?

Hansı tərəvəzləri çiy yemək olmaz?

26 iyul 2024 , 19:33
Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

Üzməyə getməmişdən əvvəl bu qidalardan uzaq durun, yoxsa...

26 iyul 2024 , 18:54
Diş fırçasını  nə vaxt dəyişmək lazımdır?

Diş fırçasını nə vaxt dəyişmək lazımdır?

26 iyul 2024 , 17:23
Orqanizm üçün ən sağlam  meyvə şirəsi

Orqanizm üçün ən sağlam meyvə şirəsi

26 iyul 2024 , 15:39
DİQQƏT!  Qəhvəni bu saatlarda içməyin

DİQQƏT! Qəhvəni bu saatlarda içməyin

26 iyul 2024 , 11:06
Virusun yoluxucu olub-olmadığı  belə müəyyən ediləcək

Virusun yoluxucu olub-olmadığı belə müəyyən ediləcək

26 iyul 2024 , 10:14
Həddindən artıq yuxu bu xəstəliyə  səbəb olur

Həddindən artıq yuxu bu xəstəliyə səbəb olur

25 iyul 2024 , 19:46